ABŞ Suriyanın şimalında İŞİD başçılarından birinin zərərsizləşdirildiyini açıqlayıb

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib ki, ABŞ ordusu Suriyanın şimalında keçirdiyi reyd zamanı "İslam Dövləti" (İŞİD, Rusiya Federasiyasında qadağan olunub) terror qruplaşmasının liderlərindən birini zərərsizləşdirib.

Olaylar xəbər verir ki,əməliyyat Suriyanın şimalında yerləşən Əl-Bab şəhəri yaxınlığında həyata keçirilib. Reyd nəticəsində "İŞİD-in yüksək rütbəli lideri", eləcə də qruplaşma ilə əlaqəli olan onun iki oğlu zərərsizləşdirilib. Sənəddə vurğulanır ki, hər üç şəxs ABŞ-a, koalisiya qüvvələrinə və Suriya hökumətinin yeni qurumuna təhlükə törədirdi.

CENTCOM-un rəhbəri Maykl Kurilla bəyan edib:
"Biz İŞİD terrorçularını harada olurlarsa olsunlar, yorulmadan təqib etməyə davam edəcəyik."

O əlavə edib ki, ABŞ Mərkəzi Komandanlığı tərəfdaşları və müttəfiqləri ilə birlikdə, regiona, müttəfiqlərə və vətənə təhlükə yaradan İŞİD terrorçularının tamamilə məhv edilməsinə sadiqliyini qoruyub saxlayır.

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31