Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iyulun sonunda iclas keçirməsini tələb edib

Rusiya Federasiyasının BMT-dəki birinci müvəqqəti nümayəndəsi Dmitri Polyanski bildirib ki, Rusiya 31 iyul tarixində Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.

Onun sözlərinə görə, BMT-də Kiyevdəki korrupsionerlərin "Vladimir Zelenski və onun çevrəsini xilas etməyə çalışaraq ölkənin gələcəyini riskə atmalarını" görməməzlikdən gəlməkdə israr edirlər.

"Bu barədə biz 31 iyul üçün tələb etdiyimiz ayrıca iclasda ətraflı danışacağıq. Həmin iclasda biz diqqətin Ukrayna münaqişəsinin diplomatik yolla həll yollarının axtarışını pozan hərəkətlərin müzakirəsinə yönəldilməsini təklif edirik" - deyə Dmitri Polyanski bildirib.

Bundan əvvəl Ukraynanın "STRANA.ua" nəşri məlumat vermişdi ki, Zelenski Milli Antikorrupsiya Bürosu və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (XAP) ilə bağlı qanun layihəsinə görə hakimiyyətə nəzarəti itirməyə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31