BMT Ukraynanın hücumları nəticəsində Rusiyada həlak olanların sayının artmasından narahatdır

Birləşmiş Millətlər Təşkilatı, Rusiya Federasiyası ərazisində ukraynalı pilotsuz uçuş aparatlarının hücumları nəticəsində mülki əhali arasında artan itkilərlə bağlı məlumatların sayının artmasından narahatdır.

Olaylar xəbər verir ki,bu barədə BMT Baş katibinin köməkçisi Miroslav Yença Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında bəyan edib.

"Biz mülki əhali arasında itkilərlə bağlı məlumatların artmasından narahatlıq keçiririk. Mövcud məlumata görə, bu itkilər Ukraynanın pilotsuz uçuş aparatlarının Rusiya Federasiyası ərazisinə etdiyi hücumların nəticəsində baş verib. Lakin Birləşmiş Millətlər Təşkilatı bu insidentlərlə, o cümlədən mülki əhali arasında itkilərlə bağlı Rusiya Federasiyasında yayılan məlumatları yoxlamaq iqtidarında deyil" - deyə o bildirib.

Yençanın çıxış etdiyi Təhlükəsizlik Şurasının iclası bir sıra Avropa ölkələrinin tələbi ilə çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31