Tramp bildirib ki, Obama saxta ittihamların hazırlanmasına görə məsuliyyətdən yayına bilər - ÖZƏL
25 İyul 18:53 DünyaABŞ-ın keçmiş prezidenti Barak Obama, çox güman ki, Rusiya tərəfindən guya 2016-cı il seçkilərinə müdaxilə ilə bağlı ittihamların saxtalaşdırılmasına görə məsuliyyətdən yayınmağa müvəffəq olacaq.
Bu isə ABŞ Ali Məhkəməsinin prezident toxunulmazlığı ilə bağlı mövqeyi sayəsində mümkün olacaq.
Olaylar xəbər verir ki,bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp bəyan edib.
"Bu, çox güman ki, ona ciddi şəkildə kömək edəcək... amma bu, ətrafında olan digər insanlara heç bir fayda verməyəcək. O, cinayət əməlləri törədib, bunda heç bir şübhə yoxdur, amma onun immuniteti var və bu, yəqin ki, ona kömək edəcək", - deyə Tramp bildirib.
Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levit bəyan edib ki, ABŞ prezidenti Donald Tramp 2016-cı il seçkilərində guya "Rusiya izi" ilə bağlı nəzəriyyənin müəlliflərini cəzalandırmaq istəyir.
Bundan əvvəl Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard məlumatların gizli qrifdən çıxarıldığını açıqlayıb. Həmin məlumatlara əsasən, Obama administrasiyası guya Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı məlumatları saxtalaşdırıb və siyasiləşdirib.
İbrahim Məmmədli