Tramp Rusiyaya qarşı rüsumları tətbiq etməyəcək - ÖZƏL
25 İyul 16:15 DünyaABŞ Prezidenti Donald Trampın Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik idxal rüsumları tətbiq edəcəyi ehtimal olunmur. Olaylar.az xəbər verir ki, bu barədə Fransanın "Lchr("39")Express" jurnalı yazır.
Nəşrin fikrincə, Trampın Rusiya Prezidenti Vladimir Putinə verdiyi 50 günlük ultimatumdan sonra heç bir real sanksiyanın tətbiq olunmaması mümkündür:
"Trampın Kreml rəhbərinə verdiyi 50 günlük ultimatumun arxasınca heç bir real sanksiya gəlməyə bilər. Bu, onun təhdidlərinə baxmayaraq baş verə bilər".
Jurnalın qənaətinə görə, ABŞ lideri həmişə güclü tərəfi seçdiyindən Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etməkdən çəkinəcək.
Qeyd edək ki, Tramp iyulun 14-də bəyan etmişdi ki, əgər Avropa Ukraynaya silah və hərbi texnika tədarükünü maliyyələşdirsə, Vaşinqton bu yardımı davam etdirəcək. Bu prosesə NATO tərəfindən koordinasiya ediləcəyi vurğulanmışdı. Tramp əlavə olaraq bildirmişdi ki, əgər Moskva və Vaşinqton 50 gün ərzində Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gəlməzsə, ABŞ Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı 100%-lik idxal rüsumları tətbiq edəcək.