“Paşinyan Moskvanın reaksiyasını yoxlayır”
25 İyul 15:45 DünyaNikol Paşinyanın Rusiyaya səfərinin əsas məqsədlərindən biri həm Zəngəzur dəhlizi, həm də Ermənistan daxilində baş verən proseslərlə bağlı Moskvanın reaksiyasını yoxlamaq olub.
Olaylar.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli "İravunk" qəzeti məlumat yayıb.
"Digər məsələlərlə yanaşı, başa düşmək lazımdır ki, əgər Zəngəzur yoluna dair məsələ (şayiələrə görə) uğurla həll olunarsa, Moskva qəti addımlar atmağa nə dərəcədə hazırdır? Burada güc yolu ilə katolikosun uzaqlaşdırılması halında nə baş verəcək? Sual ondadır ki, Paşinyan Moskvanın bu addımlara verəcəyi reaksiyanı həzm edə biləcəkmi, yoxsa "qaz pedalına tam basmaqdan" hələlik çəkinmək lazımdır?
Məhz bu sualın cavabından asılı olaraq o, gələcək addımlarını dəqiq müəyyən edə biləcək.
Bu səbəbdən təsadüfi deyil ki, səfərdən dərhal əvvəl patriarx iqamətgahına hücum xəbəri ictimai dövriyyəyə buraxıldı. Məqsəd orada müəyyən bir ictimai rəyin formalaşması və ehtimal ediləcək reaksiyanın ölçülməsi idi. Əgər o, Moskvanın gözlənilən təzyiqinin zəif olduğunu hiss edərsə, konkret və qəti addımlara keçəcək", - deyə qəzet yazıb.