Rusiya: Fələstinlə bağlı yalnız BMT qətnamələri əsas götürülməlidir – ÖZƏL

Rusiya Fələstin məsələsində BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinə əsaslandığını bəyan edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Bu vəziyyətdə biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini əsas götürürük və hesab edirik ki, bu qətnamələrə sadiqlik bölgədə yaranmış mürəkkəb vəziyyətdən çıxış yolunun yeganə düzgün yoludur", - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bu həftə açıqlamasında ölkəsinin sentyabr ayında BMT Baş Assambleyasının iclasında Fələstin dövlətini rəsmi şəkildə tanıyacağını bildirib.

Hazırda Fələstin dövlətini 147 ölkə tanıyır. Təkcə 2024-cü ildə Ermənistan, İrlandiya, Norveç və İspaniya da daxil olmaqla, 10 ölkə Fələstini tanıyıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də İsrail Qəzza sektorundan misli görünməmiş raket hücumuna məruz qalmış, ardınca HƏMAS silahlıları sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açmış, 200-dən çox girov götürmüşdülər. Cavab olaraq İsrail Müdafiə Ordusu "Dəmir Qılınclar" əməliyyatına başlamış, Qəzza bölgəsinə hava zərbələri endirmiş və tam blokada elan etmişdi - su, elektrik, yanacaq, ərzaq və dərman tədarükü dayandırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31