Kreml Putinlə Zelenskinin yaxın zamanda görüşüb-görüşməyəcəyinə aydınlıq gətirib

Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə avqustun sonuna kimi görüşməsi ehtimalı azdır.

Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə verdiyi açıqlamada Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, RF və Ukrayna arasında yüksək səviyyədə görüş münaqişənin nizamlanması məsələsinə nöqtə qoymalı və əldə olunmuş bütün razılaşmaları təsbit etməlidir.

"Bu qədər mürəkkəb bir prosesi 30 günə keçmək mümkündürmü? Aydındır ki, çətin", - deyə Peskov Putin və Zelenski arasında avqustun sonunadək görüşün mümkünlüyü ilə bağlı suala cavabında bildirib.

"Üstəlik, burada bizim mövqeyimiz çox yaxşı məlumdur, həmin mövqe Ukrayna tərəfinə təqdim olunmuş memorandum layihəsində əksini tapıb", - deyə o əlavə edib və qeyd edib ki, hazırda nizamlama ilə bağlı memorandum layihələri bir-birindən tamamilə fərqlənir və tərəfləri böyük iş gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31