Rus hərbçiləri öz döyüş yoldaşlarını BELƏ ÖDÜRÜR - ŞOK FAKTLAR
25 İyul 13:43 DünyaUkrayna ordusunun pilotsuz uçuş aparatları (PUA) Rusiya Silahlı Qüvvələrinin cəbhə xəttində qeyri-adi və dəhşətli davranışlarını sənədləşdirməyə davam edir.
Olaylar.az Mİnval.az-a istinadən xəbər verir ki, Almaniyanın BILD nəşrinin hərbi müşahidəçisi Julian Röpke yazır ki, dron vasitəsilə çəkilən bir neçə videoda rus əsgərlərinin yaralı yoldaşlarını bilərəkdən öldürdüyü açıq şəkildə görünür.
Son yayımlanan videolardan birində səngərdə uzanan və qollarını hərəkət etdirərək sağ olduğunu göstərən yaralı rus əsgərinə yaxınlaşan döyüşçü onu müayinə etdikdən sonra tüfəngin qundağı ilə baş nahiyəsinə üç dəfə zərbə endirərək öldürür.
Oxşar hadisə 2024-cü ilin iyun ayında qeydə alınıb. Kamikadze dron hücumu nəticəsində yaralanan bir rus əsgəri yerə yıxılıb, onun yaxınlığındakı digər əsgər isə onu başından vuraraq hadisə yerindən uzaqlaşıb. Belə görüntülər daha əvvəl 2024-cü ilin oktyabrında, eləcə də 2025-ci ilin martında da qeydə alınıb.
Ekspertlərin fikrincə, bu cür davranışlar cəbhədə sistemli problemlərdən qaynaqlanır. Julian Röpke bildirir ki, əsas səbəblərdən biri evakuasiya infrastrukturunun tamamilə çökməsi və yaralıların çıxarılması üçün heç bir planın olmamasıdır.
Pokrovsk bölgəsindən olan ukraynalı əsgərin sözlərinə görə, rus bölmələri üçün "yalnız bir yol var - irəli". Əgər bir döyüşçü yaralanarsa və özü geri dönə bilməzsə, onu ya oradaca ölüm gözləyir, ya da öz silahdaşları tərəfindən məhv edilir.
Müharibə hüququ və insanlıq prinsiplərinə zidd olan bu praktikanın geniş yayıldığı ehtimal olunur. Ukrayna tərəfi bildirir ki, rus ordusunda ciddi əsgər çatışmazlığı, intizamsızlıq və komanda zəifliyi bu cür amansız qərarları zərurətə çevirir.
Hazırda beynəlxalq insan hüquqları təşkilatlarının bu görüntüləri və faktları araşdıracağı gözlənilir.