İstanbul meriyasında növbəti həbs dalğası - 47 nəfər saxlanılıb

Türkiyədə İstanbul polisi şəhərin meriyasında korrupsiya işi üzrə şübhəli bilinən daha 47 nəfəri saxlayıb.

Bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Saxlanılan şəxslər arasında, katibliyin və bir sıra şöbələrin rəhbərlərinin yer aldığı bildirilir.

Xatırladaq ki, bundan əvvəl, martın 19-da İstanbul polisi böyük şəhər bələdiyyəsinin 90-dan çox nümayəndəsini, o cümlədən, mer Əkrəm İmamoğlunu saxlamışdı. Martın 23-də isə merə qarşı korrupsiya ittihamı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31