Roma Papası ilə rəsmi vida mərasimi başladı - CANLI YAYIM - YENİLƏNDİ

 

266-cı Roma Papası Fransisklə rəsmi ilə rəsmi vida mərasimi başlayıb.

Teleqraf xəbər verir ki, dəfn mərasiminə kardinal kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edir.

Mərasimdə 80 dövlət və hökumət başçısı, eləcə də dini liderlər iştirak edirlər.

Dünya liderləri katolik dünyasının lideri Papa Fransisklə vida mərasimi üçün İtaliyaya gəliblər.

Teleqraf xəbər verir ki, onlar mərasimin keçirildiyi Müqəddəs Pyotr Bazilikasında toplaşmağa başlayıblar.

Mərhum Roma Papası ilə vida mərasiminə hazırlıqlar davam edir.

Teleqraf xəbər verir ki, mərasimin başlamasına dəqiqələr qalmış tədbirin keçiriləcəyi Müqəddəs Pyotr Bazilikasının önündə izdiham yaşanır.

Romadan canlı yayım:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31