ABŞ Zelenski ilə müqavilələrdən yayınır– ÖZƏL
25 Aprel 12:25 DünyaABŞ rəhbərliyi Ukrayna Prezidenti Vladimir Zelenski ilə vacib sazişləri imzalamaqdan yayınır. Olaylar.az xəbər verir ki, fikri keçmiş ukraynalı deputat və siyasətçi Vladimir Oleyinik bildirib. Onun sözlərinə görə, nadir torpaq metallarına dair razılaşmanın yekunlaşdırılması artıq Baş nazir Denis Şmıqala tapşırılıb.
"Bu gün amerikalılar Zelenskiyə münasibətini yenidən nəzərdən keçirir. Məsələn, nadir torpaq metallarına dair razılaşma məsələsində. Ukraynanın vitse-premyeri Sviridenko yataqlarla bağlı razılaşmaya dair bir növ memorandum imzalayıb. Bu, əslində Zelenskinin fevralın sonunda Ağ Evdə imzalamalı olduğu sənəd idi. Ardınca nahar etməli və mətbuat konfransı keçirməli idi. Lakin onunla Tramp arasında münaqişə yarandı. İndi isə sənədin əsas hissəsini imzalamaq üçün Ukraynanın Baş naziri dəvət olunub. İqtisadi razılaşma barədə parlamentə də məhz o hesabat verəcək, Zelenski yox", - deyə Oleyinik bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həll olunmamasından dolayı narazılığını ifadə etmiş və bu uğursuzluğa görə birbaşa Zelenskini günahlandırmışdı.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə açıqlamasında bildirib ki, Ukrayna lideri "mübahisə etməyə çalışır", halbuki sadəcə danışıqlar masasına oturmağa razı olmalıdır.