MDB ölkələrinin Hava Hücumundan Müdafiə Sistemi təkmilləşdiriləcək- ÖZƏL 

MDB-yə üzv dövlətlərin Müdafiə Nazirlikləri arasında hava hücumundan müdafiə sahəsində əməkdaşlıq daha da gücləndiriləcək. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Almatıda keçirilən MDB Müdafiə Nazirləri Şurası yanında Hava Hücumundan Müdafiə məsələləri üzrə Koordinasiya Komitəsinin 60-cı iclasında üzv ölkələrin nümayəndələri hava hücumundan müdafiənin vahid sisteminin təkmilləşdirilməsi və ikitərəfli, həmçinin çoxtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi ilə bağlı 13 məsələni müzakirə ediblər.
İclasda çıxış edən Koordinasiya Komitəsi sədrinin müavini, general-polkovnik Yuri Grexov bildirib ki, MDB ölkələrinin hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi davam etdiriləcək.
"İclasın sonunda general-polkovnik Yuri Grexov vurğuladı ki, MDB dövlətlərinin hava hücumundan müdafiə sistemi daim təkmilləşdiriləcək", - deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.
O, həmçinin əlavə edib ki, yubiley iclasının Almatıda keçirilməsi təsadüfi deyil. Belə ki, 30 il əvvəl - 1995-ci il fevralın 10-da MDB dövlət başçıları məhz bu şəhərdə MDB-nin vahid Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqqında saziş imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31