Zaxarova: Gürcüstan Aİ-yə can atır, görəsən Aİ 2030-a qalacaqmı?– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstanın 2030-cu ilə qədər Avropa İttifaqına qoşulmaq niyyəti ilə bağlı bildirib ki, "əsas sual budur: o vaxta qədər Aİ-dən bir şey qalacaqmı?".

O, Aİ-dəki daxili böhranın açıq şəkildə göründüyünü və milli iqtisadiyyata önəm verən ölkələr üçün orada yer olmadığını deyib. Zaxarova həmçinin Böyük Britaniyanın Aİ-dən çıxmasını xatırladaraq, "London yaxşı bir şeydən ayrılmadı" fikrini səsləndirib.

Rusiya ilə Gürcüstan arasında işgüzar və humanitar əməkdaşlığın artırıldığını, münasibətlərin qarşılıqlı hörmət və fayda əsasında qurulduğunu deyən Zaxarova, Aİ-yə qoşulmaq istəyən ölkələrin yalnız şüarlara deyil, konkret rəqəmlərə baxmalı olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31