Pakistanın Müdafiə Naziri: Hindistan terror aktı ilə bağlı heç bir sübut təqdim etməyib- ÖZƏL 

Olaylar.az xəbər verir ki, Pakistanın müdafiə naziri Xavadja Asif Hindistanın son terror hadisəsi ilə bağlı İslamabadı günahlandırmasına münasibət bildirib. Britaniyanın Sky News kanalına verdiyi müsahibədə nazir Hindistan hökumətinin radikal "Ləşkər-e-Tayyibə" qruplaşmasının Pakistanla əlaqəsini sübut edən heç bir sənəd təqdim etmədiyini vurğulayıb.

"Onlar  heç zaman hansısa sübut göstərməyiblər. Sadəcə, Pakistana qarşı ittiham irəli sürərək, öz maraqları naminə vəziyyəti formalaşdırmaq istəyirlər. Bu məsələdə bizim heç bir iştirakımız yoxdur," - deyə Xavadja Asif bildirib.
Nazirin sözlərinə görə, adıçəkilən qruplaşma Pakistan ərazisində fəaliyyət göstərmir və ABŞ ilə Hindistanın kəşfiyyat orqanları yanlış nəticələrə gəliblər. O, əlavə edib ki, Pakistan təhlükəsizlik orqanları baş verənlərin "qəsdən qurulmuş bir ssenari" olduğunu müəyyən edib və bu hadisənin bölgədə sabitliyi pozmaq məqsədi daşıdığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31