Azarov: “Kiyevin atəşkəsi uzatma təklifi demoqogiyadır” - ÖZƏL

Ukraynanın keçmiş baş naziri  Nikolay Azarov Kiyevin atəşkəsi uzatmaq təklifini "demoqogiya" və "növbəti hiylə" adlandırıb. Olaylar.az xəbər verir ki,  o, 2014-cü il çevrilişi nəticəsində hakimiyyətə gələn Kiyev rejiminin qeyri-dialoq yönümlü olduğunu xatırladıb.

"Kiyev heç bir şərti yerinə yetirməyəcək. Atəşkəsin uzadılması nə deməkdir? Hansı şərtlərlə? Axı bu, danışıqların mövzusudur və hələlik heç bir razılaşma əldə olunmayıb. Deməli, yerinə yetirmək niyyətində olmadığın bir şeyi necə uzatmaq olar? Bu, daxili auditoriyaya, bəlkə də xaricə hesablanmış demoqogiyadır, arxasında isə heç bir real addım yoxdur," - deyə Azarov "Rossiya-24" kanalına müsahibəsində bildirib.

Qeyd edək ki, 19 aprel tarixində Rusiya prezidenti Vladimir Putin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə döyüş əməliyyatlarının 21 aprel saat 00:00-dək dayandırıldığını elan edib və Kiyevi də eyni addımı atmağa çağırıb. Eyni gün Ukrayna prezidenti Volodimir Zelenski pasxa atəşkəsinə əməl edəcəklərini bildirib və onun uzadılmasına hazır olduqlarını qeyd edib. Atəşkəs 19 aprel saat 18:00-dan qüvvəyə minib.

20 aprel tarixində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdir ki, prezident tərəfindən atəşkəsin uzadılması barədə heç bir göstəriş verilməyib.

Rusiya Müdafiə Nazirliyi isə Ukrayna Silahlı Qüvvələrinin pasxa atəşkəsi rejimini 4 900 dəfə pozduğunu qeyd edib. Nazirlik atəşkəsin bitməsi ilə xüsusi hərbi əməliyyatların davam etdirildiyini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31