El Salvador Venesuelaya məhbus mübadiləsi təklif edir– ÖZƏL
21 Aprel 2025 11:13 DünyaOlaylar.az xəbər verir ki, Prezident Nayib Bukele, ABŞ tərəfindən El Salvadora deportasiya olunan 252 venesuelalının geri qaytarılması müqabilində Venesueladan eyni sayda siyasi məhbusun azad olunmasını təklif edib.
Bukele deportasiya olunanların çoxunun ağır cinayətlərdə ittiham olunduğunu, siyasi məhbusların isə sadəcə Maduroya qarşı olduqları üçün həbs edildiyini bildirib.
Venesuela təklifi tənqid edib və hüquqi əsasları sorğulayıb. ABŞ isə həmin şəxsləri kriminal "Tren de Aragua" dəstəsinin üzvləri kimi təqdim edir və onları El Salvadorun yüksək təhlükəsizlikli həbsxanasında saxlayır.
Tramp administrasiyası bu deportasiyaları 1798-ci il "Xarici Düşmənlər Aktı"na əsasən həyata keçirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31