Zuraabişvili: “Həbsdə olan övladlarınız bizdən daha azaddır” – ÖZƏL

Gürcüstanın beşinci prezidenti Salome Zuraabişvili tələbələr və etirazlar zamanı saxlanılanların valideynləri tərəfindən təşkil olunan etiraz aksiyasının keçirildiyi parlament binasına gəlib.

Olaylar.az xəbər verir ki, Zuraabişvili aksiya zamanı saxlanılanların ailə üzvləri ilə görüşüb. Valideynlərə müraciət edən prezident belə deyib:
"Əminəm ki, övladlarınız tezliklə bizimlə bir yerdə olacaq. Onlar həbsdə olsalar da, bizdən daha azaddırlar."

Jurnalistin aksiya iştirakçıları qarşısında çıxış edib-etməyəcəyi ilə bağlı sualına isə belə cavab verib:
"Danışacaq bir sözüm yoxdur. Mən sadəcə vətəndaşların yanında olmalıyam."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31