Çin ABŞ-yə “yaltaqlanan” ölkələri xəbərdar etdi– ÖZƏL
21 Aprel 2025 11:05 DünyaOlaylar.az xəbər verir ki, Çin ABŞ-la razılaşıb Pekinin maraqlarına zərər verən ölkələrə qarşı cavab tədbirləri görüləcəyini bildirib. Bu açıqlama, ABŞ-ın digər ölkələri Çinlə ticarəti məhdudlaşdırmağa təzyiq göstərməsi xəbərlərindən sonra səsləndirilib.
Çin Ticarət Nazirliyi: "Yaltaqlıq sülh gətirmir, güzəşt isə hörmət qazandırmaz."
ABŞ-ın tarif siyasəti fonunda Yaponiya və Cənubi Koreya ilə danışıqlar başlayıb. Trampın sözlərinə görə, 70-dən çox ölkə danışıqlara qoşulmaq istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31