Tramp Rusiya və Ukrayna arasında razılaşmaya ümid edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin sabiq prezidenti Donald Tramp bu həftə Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib. O, bu barədə sosial şəbəkədə paylaşım edib:

"Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılaşma əldə edəcək", - deyə Tramp qeyd edib.

Trampın fikrincə, mümkün razılaşmadan sonra hər iki ölkə ABŞ ilə əməkdaşlığa başlayacaq və "böyük gəlir" əldə edəcəklər.

Xatırladaq ki, aprelin 19-da Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə bütün döyüş əməliyyatlarının Moskva vaxtı ilə 21 aprel saat 00:00-dək dayandırıldığını elan edib və Kiyevi də eyni addımı atmağa çağırıb. O bildirib ki, Rusiya hər zaman danışıqlara hazır olub və ABŞ, Çin və digər ölkələrin Ukrayna münaqişəsinin ədalətli həlli istiqamətindəki təşəbbüslərini alqışlayır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31