Politoloq: Rusiyanın elan etdiyi Pasxa atəşkəsi imkan pəncərəsidir–ÖZƏL

Olaylar.az xəbər verir ki, çinli politoloq, Lançjou Universitetinin Mərkəzi Asiya Araşdırmaları İnstitutunun dosenti Sun Syuven bildirib ki, Rusiyanın elan etdiyi Pasxa atəşkəsi danışıqlar üçün imkan yarada bilər. Onun fikrini Global Times yayıb.

Ekspert qeyd edib ki, Prezident Vladimir Putinin 30 saatlıq atəşkəs qərarı ABŞ-la danışıqların davam etdirilməsi üçün zəmin yaratmaq məqsədi daşıya bilər.

Qeyd edək ki, Rusiya 19 aprel tarixində Pasxa münasibətilə atəşkəs elan etmiş və bu rejim 21 aprel saat 00:00-da başa çatmışdı. Daha əvvəl Reuters ABŞ Dövlət Departamentinə istinadən yazmışdı ki, Vaşinqton bu atəşkəsin uzadılmasını və Ukrayna ətrafında uzunmüddətli nizamlama əldə edilməsini istəyir.

Bundan başqa, CNN telekanalı xəbər vermişdi ki, bu addım ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsində Rusiyaya daha loyal yanaşmasına səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31