ABŞ Ukraynadan güzəştlər gözləyir –ÖZƏL
21 Aprel 2025 10:28 DünyaOlaylar.az xəbər verir ki, The Wall Street Journalın məlumatına görə, ABŞ Ukraynaya münaqişənin tənzimlənməsi üçün bir sıra güzəşt tələbləri göndərib. Bu tələblər arasında NATO-ya üzvlük planlarından imtina və Krımın Rusiya ərazisi kimi tanınması da var.
Təkliflərə həmçinin Zaporojye Atom Elektrik Stansiyasının ABŞ-ın nəzarətinə verilməsi daxildir. Ağ Ev bu məsələlərə dair Ukraynanın mövqeyini həftəsonu Londonda ABŞ, Ukrayna və Avropa nümayəndələrinin görüşündə eşitməyi planlaşdırır.
Əgər Vaşinqton, Brüssel və Kiyev ortaq mövqeyə gələrlərsə, bu təkliflər Moskvaya təqdim oluna bilər. Prezident Trampın xüsusi nümayəndəsi Uitkof bu məqsədlə yenidən Rusiyaya səfər edə bilər.
Bundan əvvəl Böyük Britaniya parlamentinin lordlar palatasının üzvü Riçard Balf da Kiyevin sülh sazişi üçün güzəştlərə hazır olmalı olduğunu bildirmişdi.