Zelenski hərbi vəziyyətin 90 gün müddətinə uzadılması haqda sənədi imzalayıb

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada hərbi vəziyyətin və ümumilli səfərbərliyin mayın 9-dan etibarən 90 gün müddətinə uzadılması haqda Ali Radanın qəbul etdiyi qanunu imzası ilə təsdiqləyib.

Bu barədə Ukrayna KİV məlumat yayıb.

Xatırladaq ki, sözügedən qanun aprelin 16-da Ali Rada tərəfindən qəbul olunmuşdu. Bununla ölkədə hərbi vəziyyət rejimi sərasər 15-ci dəfədir ki, uzadılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31