Yaponiya Kuril adalarında Rusiyanın hərbi mövcudiyyətinin gücləndirilməsinə etiraz edib- ÖZƏL
18 Aprel 12:48 DünyaYaponiya Rusiya Federasiyasını Kuril adalarının cənub hissəsində hərbi mövcudiyyətini gücləndirməkdə ittiham edib və bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə Rusiyaya etirazını bildirib. Olaylar.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər naziri Takesi İvayanın keçirdiyi növbəti mətbuat konfransında məlumat verilib.
Nazirin sözlərinə görə, Yaponiya tərəfi Rusiyadan aprelin 17-dən 22-dək Kunaşir, Şikotan və Xabomai adaları yaxınlığında atış təlimlərinin keçiriləcəyi barədə məlumat alıb. Yaponiya bu adaların onun suveren əraziləri olduğunu bəyan edərək, keçirilən hərbi təlimlərin qəbuledilməz olduğunu vurğulayıb.
"Bu məsələ ilə bağlı diplomatik kanallar vasitəsilə rəsmi etirazımız bildirilib. Rusiyanın bu kimi təlimləri də əhatə edən hərbi mövcudiyyətinin gücləndirilməsi ölkəmizin chr("39")dörd şimal adasıchr("39")na dair mövqeyinə ziddir və qəbuledilməzdir", - deyə Takesi İvaya qeyd edib. Qeyd edək ki, Yaponiyada Kuril adalarının cənub hissəsi bu adla tanınır.
Xatırladaq ki, Rusiya və Yaponiya İkinci Dünya Müharibəsindən sonra sülh sazişinin imzalanması üçün danışıqlar aparsalar da, Kuril adalarının cənub hissəsi ilə bağlı ərazi mübahisəsi bu prosesi əngəlləyir. Müharibədən sonra bütün arxipelaq SSRİ-nin tərkibinə daxil edilib. Yaponiya isə İturup, Kunaşir, Şikotan və bir neçə kiçik, insan yaşamayan adanın ona məxsus olduğunu iddia edir. Rusiya XİN isə dəfələrlə bu ərazilər üzərində suverenliyinin beynəlxalq hüquqa uyğun olaraq tanındığını və bu məsələnin müzakirə mövzusu olmadığını bildirib.
Qeyd edək ki, Rusiya-Yaponiya arasında sülh sazişi ilə bağlı danışıqlar, Tokio tərəfindən Ukrayna ilə bağlı Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən dayandırılıb.