Rublio: Tramp Ukrayna danışıqlarından imtina edə bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rublio bildirib ki, yaxın həftələrdə Ukrayna ilə bağlı sülh razılaşmasına dair irəliləyiş olmazsa, Prezident Donald Tramp bu danışıqlardan çəkilə bilər. Bu barədə Reuters məlumat yayıb.

"Bir neçə gün ərzində bu məsələnin yaxın həftələrdə həllinin mümkün olub-olmadığını müəyyən etməliyik. Əgər mümkündürsə, davam edəcəyik. Əgər yoxsa, digər prioritetlərə fokuslanmalıyıq," - deyə Rublio Parisdə Aİ və Ukrayna rəsmiləri ilə görüşdən sonra bildirib.

Qeyd edək ki, bir gün öncə Rublio Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Trampın Ukrayna münaqişəsini tezliklə başa çatdırmaq niyyətində olduğunu demişdi.

Bundan əvvəl Rublio, Aİ-nin də danışıqlara qoşulmasının vacibliyini vurğulayaraq, Rusiya əleyhinə sanksiyalar məsələsinin həllini gündəmə gətirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31