ABŞ Ayın yeraltı sərvətlərinə iddia edə bilər –ÖZƏL
18 Aprel 12:20 DünyaOlaylar.az xəbər verir ki, ABŞ administrasiyası Ayda yerləşən faydalı qazıntılara, xüsusilə də nadir torpaq elementlərinə hüquq iddia edə bilər. Bu barədə "Aviation Week" nəşrində jurnalist Garret Reym yazıb.
Reymin fikrincə, prezident Donald Trampın administrasiyasının bu istiqamətdə marağı, texnologiya və müdafiə sahələri üçün həyati əhəmiyyət daşıyan strateji resurslarla bağlıdır. O, həmçinin Trampın Qrenlandiya və Kanadaya marağını da bu ölkələrdəki nadir mineralların ehtiyatları ilə əlaqələndirib. Analitik hesab edir ki, eyni yanaşma Ay üçün də keçərlidir, çünki orada da dəyərli və nadir yeraltı sərvətlər aşkarlanıb.
Ekspertlər ABŞ-ın bu iddialarının arxasında Çinin kosmosda - xüsusilə də Ay proqramında - aktiv irəliləyişini görür. Bildirilir ki, Çin Ay səthinə ABŞ-dan əvvəl qayıda bilər, bu da Vaşinqtonu kosmik layihələrini sürətləndirməyə vadar edir.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Qrenlandiyanı 2,2 milyard dollara almaq ehtimalı da gündəmə gəlmişdi.