ABŞ: Ukrayna üzrə danışıqlara Aİ ölkələri də qoşulmalıdır – ÖZƏL
18 Aprel 12:06 DünyaABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara Avropa İttifaqı ölkələri də cəlb olunmalıdır.
Olaylar.az xəbər verir ki, bu barədə o, Parisdə fransız və britaniyalı rəsmilərlə keçirdiyi görüşlərdən sonra Fransanın Le-Burje hava limanında jurnalistlərə açıqlama verib.
"Rusiyaya qarşı tətbiq olunan bəzi sanksiyalar Avropa İttifaqı tərəfindən qəbul edilib. Biz onları ləğv edə bilmərik", - deyə Rubio vurğulayıb. O, əlavə edib ki, əgər gələcəkdə bu sanksiyaların ləğvi sülh sazişinin bir hissəsinə çevriləcəksə, Aİ ölkələri mütləq danışıqlara cəlb olunmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31