Belizdə təyyarə qaçıran amerikalı sərnişin tərəfindən öldürüldü– ÖZƏL
18 Aprel 11:49 DünyaOlaylar.az xəbər verir ki, Belizdə ABŞ vətəndaşı Akiniela Sava Taylor yerli hava yollarına məxsus təyyarəni ələ keçirib. Hadisə zamanı o, bıçaqla üç nəfəri yaralayıb, lakin sərnişinlərdən biri tərəfindən güllələnərək zərərsizləşdirilib. Bu barədə ABC News məlumat yayıb.
Təyyarədə ümumilikdə 13 nəfər olub. Hadisə uçuşdan az əvvəl baş verib. Taylor ölkədən çıxarılmasını tələb edirmiş.
Polis araşdırmalara başlayıb. Məlum olub ki, ona əvvəllər Belizə giriş qadağan edilib. Həmçinin, o, bıçağı təhlükəsizlik yoxlamasından necə keçirə bildiyini dəqiqləşdirmək üçün istintaq aparılır.
Cinayətkarı neytrallaşdıran sərnişinin atəş açmaq üçün rəsmi silah lisenziyası olub. Təyyarə eniş edənədək demək olar ki, yanacaqsız qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31