NATO yeni sənədlərində gender və iqlimlə bağlı terminlərdən imtina edir- ÖZƏL
18 Aprel 11:45 DünyaNATO yeni hazırlanan sənədlərində gender və iqlimlə bağlı terminlərin istifadəsindən imtina edə bilər. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, sənədlərdə "gender", "qadınlar, sülh və təhlükəsizlik" kimi ifadələrə yer verilməyəcək. "İqlim" anlayışı isə artıq "operativ mühit" kimi qeyd olunacaq.
Bu dəyişikliklər ABŞ-da Donald Trampın prezidentliyə qayıdışından sonra baş verən siyasi kurs dəyişikliyi ilə əlaqələndirilir. Tramp administrasiyası dövlət idarəçiliyində müxtəliflik, bərabərlik və inklüzivlik siyasətini ləğv edən bir sıra sərəncamlar imzalayıb. Eyni zamanda, ABŞ-da yalnız iki dəyişməz cinsin - kişi və qadının mövcudluğu rəsmən tanınıb. Federal qurumlara gender ideologiyasını təşviq edən bütün materialları silmək və bu ideyaların dövlət vəsaiti ilə yayılmasını qadağan etmək tapşırılıb.
NATO-nun da bu kursa uyğun olaraq bəzi ifadələri sənədlərindən çıxaracağı gözlənilir.