ABŞ Suriyada üç hərbi bazanı bağlayır– ÖZƏL
18 Aprel 11:22 DünyaOlaylar.az xəbər verir ki, "New York Times" qəzetinin məlumatına görə, ABŞ Suriyanın şimal-şərqində yerləşən səkkiz hərbi bazasından üçünü bağlamaq qərarına gəlib. Bağlanacaq bazalar arasında "Green Village" missiya dəstək məntəqəsi, "Euphrates" adlı obyekt və üçüncü, kiçik ölçülü baza var.
Bu addım nəticəsində Suriyadakı ABŞ hərbi kontingenti 2 min nəfərdən 1 400-ə qədər azaldılacaq. İki ay ərzində bu say daha da azala bilər - bəzi məlumatlara görə, gələcəkdə Suriyada yalnız 500 amerikalı hərbçi qala bilər.
Həmçinin bildirilir ki, ABŞ artıq Deyr əz-Zor əyalətindəki Koniqo qaz yatağı yaxınlığında yerləşən bazanı boşaldaraq əsgərləri İraq Kürdüstanında yerləşən böyük hərbi bazaya köçürüb.
Qeyd olunur ki, Donald Tramp ABŞ hərbçilərinin Suriyada qalmasına skeptik yanaşır. May ayında onun Suriya prezidenti ilə görüşü gözlənilir.