ABŞ-nin Yəməndəki hücumu nəticəsində 30-dan çox insan həlak olub – ÖZƏL
18 Aprel 10:37 DünyaABŞ-nin hava hücumu nəticəsində Yəmənin husilərin nəzarətində olan Ras-İsa limanı məhv edilib.
Olaylar.az xəbər verir ki, "Al Masirah" telekanalının məlumatına görə, hücum nəticəsində 30-dan çox insan həlak olub, təxminən 80 nəfər isə yaralanıb.
Məlumata əsasən, liman 14 hava zərbəsinə məruz qalıb. ABŞ-nin Mərkəzi Komandanlığı bildirib ki, hücumlar husilərin gəlir mənbəyi kimi istifadə etdiyi yanacaq anbarlarına yönəldilib.
Həlak olanların əksəriyyətini liman işçiləri və port təşkilatlarında çalışan əməkdaşlar təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31