Latviya ordusu 1500 zabit qılıncı alır — hər beş əsgərə bir qılınc– ÖZƏL
16 Aprel 16:04 DünyaOlaylar.az xəbər verir ki, Latviyanın Müdafiə Nazirliyi 2026-cı ildə 900 min avro dəyərində 1500 zabit qılıncının alınması üçün tender elan edəcək. Rəsmilər bu addımı hərbi ənənələrin qorunması ilə izah etsələr də, bəzi tənqidçilər bu cür alışları büdcə israfı və korrupsiya kimi qiymətləndirir. Qılınclar əsasən rəsmi mərasimlərdə, məsələn, tort kəsmək kimi simvolik məqsədlərlə istifadə olunur. Ölkədə artan ordu sayına uyğun olaraq, bu cür alışların davam etdirilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31