Tramp ABŞ və Yaponiya arasında ticarət danışıqları barədə açıqlama verdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə Truth Social-da Yaponiyanın Vaşinqtona ticarət danışıqları üçün gələcəyini açıqlayıb.

"Yaponiya bu gün tariflər, hərbi dəstəyin dəyəri və ədalətli ticarət məsələləri üzrə danışıqlar üçün gələcək. Mən də maliyyə və ticarət nazirləri ilə birlikdə görüşdə iştirak edəcəyəm. Ümid edirəm ki, Yaponiya və ABŞ üçün yaxşı (HƏTTA MÖHTƏŞƏM!) bir nəticə əldə edəcəyik", - deyə Tramp bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31