Aİİ və Pakistan azad ticarət zonası yaratmağı müzakirə edir- ÖZƏL

Avrasiya İqtisadi İttifaqı (Aİİ) Pakistanla azad ticarət zonası yaradılması barədə saziş imzalanması imkanlarını müzakirə edir. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Federasiya Şurasında keçirilən hökumət saatı zamanı məlumat verib.

Onun sözlərinə görə, Aİİ-nin əsas məqsədi "Böyük Avrasiya" məkanında ticarət şəraitinin yaxşılaşdırılmasıdır. İttifaq artıq Vyetnam, Serbiya və İranla bu istiqamətdə razılaşmalar əldə edib. Bu ölkələrin ümumi bazar həcmi təxminən 190 milyon nəfəri əhatə edir.

Overçuk bildirib ki, cari ilin sonunadək bu göstərici 481 milyon nəfərlik xarici bazarı əhatə edəcək yeni sazişlərin imzalanması ilə daha da artacaq. Hindistanla danışıqlar isə hələ ilkin mərhələdədir və Pakistanla da azad ticarət sazişi imzalanması ehtimalı müzakirə olunur.

Baş nazirin müavini əlavə edib ki, MDB çərçivəsində artıq malların azad ticarəti zonasının fəaliyyət göstərdiyini və 2023-cü ildə xidmətlər və investisiyalar sahəsində də azad ticarət sazişinin imzalandığını xatırladıb.

"Beləliklə, biz Avrasiya məkanında təxminən 2,2 milyard nəfərlik bazara azad çıxışı təmin etməyi qarşımıza məqsəd qoymuşuq", - deyə Aleksey Overçuk qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31