Vladimir Vasilyev: “Rusiya ABŞ-nin miqrasiya sahəsindəki təcrübəsindən öyrənə bilər” – ÖZƏL
16 Aprel 14:57 Dünya"Vahid Rusiya" fraksiyasının rəhbəri Vladimir Vasilyev Federal Milli Siyasət Agentliyinin (FADN) kollegiya iclasında çıxışı zamanı Rusiya üçün ABŞ-nin təcrübəsindən öyrənməli məqamların olduğunu bildirib.
Miqrasiya məsələsinə toxunan Vasilyev qeyd edib ki, amerikalılar bir sıra sahələrdə Rusiyanı geridə qoyur və Sovet İttifaqının dağılmasında mühüm rol oynamalarına baxmayaraq, onların idarəetmə sistemindən dərs almaq olar. "Onlar effektiv bir sistem yaradıblar. Bizim sistemimiz nə dərəcədə effektivdir?" - deyə o sual edib.
Deputat bildirib ki, miqrantlar üçün şəraitin yaradılması kriminal hallarla mübarizə aparılmadan əks nəticə verə bilər: "Ümid edirəm ki, FADN bu istiqamətdə işini davam etdirəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31