Matikaşvili: Gaxaria artıq parlamentdədir, legitimliyi tanımadığı barədə iddialar yalandır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin Prosedur Məsələləri və Qaydalar Komitəsinin sədri David Matikaşvili jurnalistlərə açıqlamasında bildirib ki, keçmiş baş nazir Giorgi Gaxaria artıq parlamentdədir və seçki siyahısını geri çəkmədiyindən, onun parlamentin legitimliyini tanımadığı haqda iddialar yalandır.

Onun sözlərinə görə, Gaxaria-nın partiyasının yaxın vaxtlarda parlamentdə aktiv fəaliyyətə başlayacağı və yerli özünüidarəetmə seçkilərində iştirak edəcəyi istisna edilmir.

Matikaşvili əlavə edib ki, əgər radikal müxalifət seçkilərə qatılsa, cəmiyyət tərəfindən növbəti dəfə ciddi məğlubiyyətə uğrayacaq, əgər qatılmasa, bu, sağlam müxalifətin önə çıxması üçün yaxşı fürsət olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31