Tramp Zelenskiyə dəstəyə görə Aİ-yə qəzəbləndi – ÖZƏL
16 Aprel 12:33 DünyaOlaylar.az xəbər verir ki, Tramp, fevralın sonunda keçirilən uğursuz danışıqlardan sonra Avropa İttifaqının Zelenskiyə dəstəyinə görə qəzəblənib. Aİ-nin Zelenskini dəstəkləməsi və Ukrayna liderinin "sülh razılaşması hələ uzaqdadır" sözləri Trampı narahat edib. Bəzi rəsmilər hesab edir ki, məhz bu səbəbdən Tramp danışıqlardan 24 saat sonra Ukraynaya hərbi yardımı dayandırmaq qərarı verib. Politico əlavə edir ki, Tramp və Zelenski arasında münasibətlər gərgin olaraq qalır. Zelenski CBS-ə müsahibəsində Vaşinqtonu Rusiya ilə eyni mövqedə olmaqda ittiham edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31