Zelenski: “Ukraynanın ərazi məsələlərini yalnız ukraynalılar həll etməlidir”– ÖZƏL
16 Aprel 2025 11:37 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski NATO baş katibi Mark Rutte ilə Odessada keçirdiyi birgə çıxışda ABŞ-ın xüsusi elçisi Stiv Uitkofun beş ərazi ilə bağlı təkliflərinə sərt reaksiya verib. O bildirib ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələləri yalnız Ukrayna vətəndaşlarının müzakirə mövzusu ola bilər.
Zelenskiyə görə, "işğal olunmuş ərazilərin" Rusiya ərazisi kimi tanınması Ukrayna üçün "qırmızı xətt"dir.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözçüsü Karolin Levit isə bildirib ki, Tramp Rusiyanın münaqişəni dayandırmaq istədiyinə inanır, lakin atəşkəs əldə olunmadan iqtisadi tərəfdaşlıq barədə danışıqlar mümkün deyil. Levit həmçinin qeyd edib ki, Trampın Ukraynaya səfəri planlaşdırılmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31