Antarktida sürətlə buzlaqlarını itirir: milyardlarla insan təhlükə altında– ÖZƏL
16 Aprel 2025 11:27 DünyaOlaylar.az xəbər verir ki, alimlər Antarktida buzlaqlarının son onilliklərdə görünməmiş sürətlə əridiyini bildirirlər. Beynəlxalq tədqiqatlara əsasən, bu proses dünya okeanlarının səviyyəsinin qalxmasına səbəb olur və bu da milyonlarla insanın yaşayış yerini itirməsi ilə nəticələnə bilər.
Kanadalı qlasioloq Nataliya Qomesin hesablamalarına görə, 2100-cü ilə qədər 700 milyondan çox insanın yaşadığı sahillər su altında qala bilər. Təhlükə altında olan şəhərlər sırasında Nyu-York, Şanxay, Tokio, Sankt-Peterburq və digər böyük metropollar da var.
Əsas səbəblər iki istiqamətdə cəmlənir: buzlaqların əriməsi və qlobal istiləşmə nəticəsində okean sularının qızması. Bu iki amil bir-birini sürətləndirərək, fəlakətli nəticələr doğurur.
BMT-nin məlumatına görə, 2040-cı ilə qədər on milyonlarla insan "iqlim qaçqınına" çevrilə bilər. Bu proses artıq bəzi ölkələrdə qanunvericilik səviyyəsində müzakirə olunur.
Bəzi şəhərlər mühafizə tədbirləri - bəndlər və su bərələri inşa etsə də, alimlər bunun kifayət etməyəcəyini deyirlər.