Ağ Ev teleqraf agentliklərinin mətbuat hovuzuna çıxışını məhdudlaşdırdı – ÖZƏL

Ağ Ev çərşənbə axşamı ənənəvi mətbuat hovuzuna - o cümlədən Ovala kabinet və "Air Force One" kimi məhdud məkanlarda prezidentin fəaliyyətini işıqlandıran jurnalist qrupuna - teleqraf agentliklərinin çıxışını ləğv etdiyini elan edib. 

Olaylar.az xəbər verir ki, bu qərar Associated Press-in (AP) federal məhkəmədə Ağ Evə qarşı qaldırdığı iddiadan sonra verilib.

Bloomberg agentliyinin məlumatına görə, bu addım AP, Reuters və Bloomberg kimi agentliklərin prezidentin gündəlik fəaliyyətini real vaxtda işıqlandırmaq imkanlarını ciddi şəkildə azaldacaq. Bloomberg-in baş redaktoru Con Mikltveyt bu qərarı "daimi nəzarət və hesabatlılıq səviyyəsinin ləğvi" kimi qiymətləndirərək təəssüf hissi ilə qarşılayıb.

Qeyd edək ki, AP agentliyi bu ilin fevralında Tramp administrasiyasını məhkəməyə vermişdi. Səbəb kimi isə Ağ Evin agentliyə məxsus jurnalist və fotoqrafların girişini məhdudlaşdırması göstərilmişdi. Məhkəmə hakimləri agentliyin diskriminasiyaya məruz qaldığını bildirsə də, AP-nin mətbuat hovuzuna qaytarılması barədə birbaşa göstəriş verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31