Zaxarova: Zelenskinin 9 mayda Aİ liderlərini Kiyevə dəvət etməsi absurd teatrdır– ÖZƏL
10:27 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin Avropa İttifaqı ölkələrinin liderlərini 9 mayda Kiyevə dəvət etmək planını "absurd teatr" adlandırıb. O, bu fikrini Sputnik radiosuna verdiyi müsahibədə bildirib:
"Bu, 2013-cü ildən bəri istifadə etdiyimiz bir ifadə ilə xarakterizə oluna bilər - absurd teatrı."
Zaxarovanın sözlərinə görə, son on ildən çox müddətdə Qərbin çoxsaylı bəyanatları və addımları da eyni şəkildə qiymətləndirilə bilər.
Xatırladaq ki, daha əvvəl Ukrayna hökumətinin Aİ liderlərini 9 mayda Kiyevə dəvət etməsi barədə məlumat yayılmışdı. Bu dəvətin məqsədinin Moskvada keçiriləcək Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərin kölgədə qalmasını təmin etmək olduğu iddia edilir.
Kreml isə Zelenskinin 9 May - Qələbə Gününü qeyd etməkdən imtinasını Vladimir Putinin siyasətinin düzgünlüyünün sübutu kimi dəyərləndirib.