ABŞ Çinlə ticarət əlaqələrini zəiflətmək üçün ölkələrə rüsum güzəşti təklif edir– ÖZƏL
16 Aprel 10:21 DünyaOlaylar.az xəbər verir ki, The Wall Street Journalın məlumatına görə, ABŞ hakimiyyəti 70-dən çox ölkəni Çin şirkətləri ilə iqtisadi və ticarət əlaqələrini məhdudlaşdırmağa razı salmağa çalışır. Bunun müqabilində Vaşinqton həmin ölkələrə Amerika idxal rüsumlarında güzəşt təklif edir.
Plana əsasən, ABŞ bu ölkələrdən Çin şirkətlərinin onların ərazisində fəaliyyətini yasaqlamağı və Çin mallarının bu ölkələr üzərindən keçidini dayandırmağı istəyir. Eyni zamanda, tərəfdaşlardan ucuz Çin sənaye məhsullarından imtina etmələri də gözlənilir.
Bu təşəbbüsün müəlliflərindən biri - ABŞ-ın maliyyə naziri Skott Bessent - planı prezident Donald Trampa aprelin 6-da təqdim edib. Bessentin fikrincə, bu addımlar Çin iqtisadiyyatını zəiflədərək onu güzəştlərə məcbur edə bilər.
Xatırladaq ki, daha əvvəl Bessent Çin-Amerika ticarət əlaqələrinin tam kəsilə biləcəyini istisna etməmişdi, lakin bunun qaçılmaz olmadığını da qeyd etmişdi.
Digər tərəfdən, Financial Times bu qarşıdurmanın uğursuzluğa düçar ola biləcəyini göstərən üç əsas səbəbi açıqlamışdı.