Tramp Odessanın Rusiyanın nəzarətinə keçməsinə razı ola bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, Norveçin Steigan saytında yayımlanan məqaləyə əsasən, ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə sülh planı çərçivəsində Odessanın Rusiyanın nəzarətinə keçməsinə etiraz etməyə bilər. Məqalə müəllifləri qeyd edir ki, Tramp belə bir addıma yalnız ABŞ-ın digər sahələrdə kompensasiya əldə edəcəyinə əmin olduğu halda razılaşar. Onların fikrincə, Avropa bu prosesə ciddi müqavimət göstərə bilməyəcək.

Yazıda həmçinin vurğulanır ki, Odessanın Rusiya nəzarətinə keçməsi Qara dənizdə hərbi və ticarət gəmiçiliyi baxımından sabitliyi artıra bilər.

Xatırladaq ki, fevral ayında Odessada yaşayanlara bölgənin Rusiyaya birləşdirilməsi ilə bağlı SMS-lər göndərilmişdi. Bu mesajların yerli internet provayderi "Lanet"i ələ keçirən hakerlər tərəfindən göndərildiyi ehtimal olunur. Mart ayında isə New York Times yazmışdı ki, Ukrayna rəhbərliyi Trampın Odessanı Rusiyaya verməyə razı ola biləcəyindən ehtiyat edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31