Ekspert İvannikov: Avropanı yeni hərbi münaqişə gözləyir– ÖZƏL
16 Aprel 10:14 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının müşaviri, tarix elmləri namizədi, ehtiyatda olan polkovnik Oleq İvannikovun fikrincə, Ukraynadakı münaqişə və NATO-nun zəifləməsi Avropada yeni hərbi qarşıdurmalar üçün zəmin yaradıb.
Ekspert bildirir ki, II Dünya müharibəsindən sonra formalaşan sərhədlər bir çox ölkəni qane etmir və bu da yaxın gələcəkdə onların dəyişdirilməsi istiqamətində ciddi cəhdlərə gətirib çıxara bilər.
Polşa yeni münaqişənin "tetikçisi" ola bilər. O, NATO-nun əvəzinə yeni hərbi ittifaq qurmağa çalışır və Almaniyanı texnologiya və maliyyə dəstəyi üçün tərəfdaş kimi görmək istəyir. İvannikov hesab edir ki, Almaniya bu ittifaqa yalnız formal şəkildə razılıq verəcək və əslində, keçmiş əraziləri - Qərbi Prussiya, Sileziya, Dançiq (hazırkı Qdansk) və s. geri almağı hədəfləyəcək.
Macarıstan və Rumıniya da Ukraynaya aid olan Zakarpatiya, Odessa və Çernovtsi bölgələrinə iddialıdırlar. Ekspert hesab edir ki, bu ölkələr Ukraynanın zəifləməsindən istifadə edərək keçmiş ərazilərini geri almağa cəhd göstərə bilərlər.
Eyni zamanda, "Böyük Polşa", "Böyük Rumıniya" və "Böyük Macarıstan" kimi ideyaların yenidən gündəmə gəlməsi regionda yeni hərbi qarşıdurmaların yaranmasına səbəb ola bilər.