Vyaçeslav Volodin: “Kaya Kallas beynəlxalq tribunal qarşısına çıxarılmalıdır” – ÖZƏL
15 Aprel 2025 10:32 DünyaRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın vəzifəsindən kənarlaşdırılmalı və BMT-nin beynəlxalq tribunalına verilməli olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, o bu fikrini Kallasın Avropa İttifaqına namizəd ölkələrin 9 Mayda Rusiyaya səfərinə qadağa qoyması və bu səfərlə bağlı hədələyici açıqlamalar verməsi ilə əsaslandırıb. Volodin Kallası "rusofob" adlandıraraq, onun bu bəyanatının faşizm üzərində qələbədə canlarını fəda edənlərin xatirəsinə hörmətsizlik olduğunu deyib.
O əlavə edib ki, Rusiyada nasizmin reabilitasiyasına qarşı qanunlar mövcuddur və bu qanunlara əsasən Kallas kimi şəxslər məsuliyyətə cəlb edilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31