Sudandakı son toqquşmalarda 400-dən çox insan həlak olub - BMT
15 Aprel 2025 10:00 DünyaSudanın Darfur bölgəsində Çevik Dəstək Qüvvələri (RSF) 400-dən çox insanı qətlə yetirib.
Olaylar.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı etibarlı mənbələrə istinadən məlumat yayıb.
Ötən həftə RSF qarşıdurmada olduğu Sudan ordusunun nəzarətində olan Darfuru tam nəzarətə götürmək üçün ƏL-Fəşir şəhərində havadan və qurudan iri miqyaslı hücum əməliyyatlarına başlayıb; əməliyyatlar ərazidə olan qaçqın düşərgələrindən də yan keçməyib.
BMT 148 nəfərin həlak olduğunu faktiki olaraq təsdiqlədiyini bildirsə də, itkilərin bundan daha çox olduğundan əmindir.
Sudandakı vətəndaş müharibəsinin dayandırılması yollarını müzakirə etmək üçün yaxın zamanda Londonda yüksək səviyyəli toplantının keçiriləcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31