Bu ölkədə güclü zəlzələ oldu

Myanmanın paytaxtı Neypido şəhərindən 10 km qərbdə 5.3 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, yerli vaxtla saat 3:02-də (Bakı vaxtı ilə 0:02) qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Ölkənin müxtəlif bölgələrində 3.4-3.9 bal gücündə yeraltı təkanlar hiss edilib. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, martın 28-də Myanmada dağıdıcı zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti zəlzələnin maqnitudasını 8.2 olaraq qiymətləndirib. Zəlzələ nəticəsində ölənlərin sayı, son məlumatlara görə, 3 689-a yüksəlib, 5 000-dən çox insan xəsarət alıb.

Bundan sonra ölkədə bir neçə dəfə güclü təkanlar qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31