İranın xarici işlər naziri Araqçi Moskva səfərinə hazırlaşır– ÖZƏL
14 Aprel 13:50 DünyaOlaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi bu həftənin sonunda Rusiya paytaxtı Moskvaya səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqai məlumat verib. Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılıb və ABŞ-la Oman vasitəsilə keçirilən dolayı danışıqların ilk mərhələsinin nəticələri ətrafında məsləhətləşmələr aparılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən şənbə günü Oman paytaxtı Məsqətdə ABŞ prezidenti nümayəndəsi Stiv Uitkoff və Abbas Araqçi arasında dolayı formatda görüş keçirilib. Tərəflər danışıqları konstruktiv adlandırıblar.
Yeni danışıqlar raundunun 19 aprel tarixində Romada baş tutacağı gözlənilir.
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə İranla bağlı qərar verəcəyini bəyan edib.