Gürcüstanda beynəlxalq qrantlara nəzarət gücləndirilə bilər – ÖZƏL

Gürcüstan parlamentinin Hüquq məsələləri komitəsi "Qrantlar haqqında" qanuna dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda - prinsip səviyyəsində müzakirə edib. Layihə "Gürcü Arzusu" fraksiyası tərəfindən təqdim olunub.

Olaylar.az xəbər verir ki, təklif edilən dəyişikliklərə əsasən, beynəlxalq donor təşkilatlar Gürcüstan hökumətinin razılığı olmadan qrant verə bilməyəcəklər. Komitə sədri Arçil Qorduladzeyə görə, məqsəd potensial təhlükəli halların qarşısını vaxtında almaq və şəffaflığı artırmaqdır.

Yeni dəyişikliklər hökumətə qrant müqavilələrini və onların şərtlərini yoxlamaqla yanaşı, əlavə sənədlər və məlumatlar tələb etmək hüququ da verəcək. Bu da Antikorrupsiya Bürosunun və hökumətin qrantlar üzərində nəzarət imkanlarını daha da genişləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31