Trampdan İranla bağlı qərar: "Çox tezliklə qəbul ediləcək"- ÖZƏL

Olaylar.az xəbər verir ki,  ABŞ Prezidenti Donald Tramp İranla bağlı qərarın tezliklə qəbul olunacağını bildirib. "Mən İran məsələsi ilə bağlı müxtəlif insanlarla görüşlər keçirdim və bu məsələyə dair qərarımızı çox tezliklə verəcəyik", - deyə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib. 
Qeyd edək ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ilə bağlı yaranmış vəziyyətin həlli üçün Tehran və Vaşinqton nümayəndələri arasında ilk dolayı danışıqlar baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib. İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bildirib ki, görüş konstruktiv və sakit şəraitdə keçib, tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Aprelin 13-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib ki, ABŞ və İran arasında dolayı danışıqların ikinci raundu Omanda keçirilməyə bilər. Lakin bu ölkə vasitəçi rolunu davam etdirəcək. "Axios" platformasının mənbələri qeyd edir ki, danışıqların yerinin dəyişdirilməsi ABŞ administrasiyasının təşəbbüsü ilə baş verib. Eyni zamanda, ikinci raundun aprelin 19-da Romada keçiriləcəyi ehtimal olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31